Bank Of Baku

Oğuzda məktəbli idman dərsində ölüb - VİDEO

Oğuzda məktəbli idman dərsində ölüb - VİDEO
# 18 oktyabr 2022 15:31 (UTC +04:00)

Oğuz rayonunda 11-ci sinif şagirdi dərs zamanı ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.

Məktəbin 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəflətən halı pisləşib. 16 yaşlı Z.Əzizova elə məktəbdə keçinib.

Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR