Bank Of Baku

Ordubadda yeməkxanada ictimai qaydanı pozan şəxs həbs edilib

Ordubadda yeməkxanada ictimai qaydanı pozan şəxs həbs edilib
# 13 fevral 2023 15:45 (UTC +04:00)

Ordubad rayonu ərazisində yeməkxanalardan birində ictimai qaydanı pozan vətəndaş barədə polisə məlumat daxil olub.

Naxçıvan DİN-dən APA-ya verilən xəbərə görə, polis əməkdaşları hadisə yerində olub, ictimai asayışı pozan Ordubad rayon sakini Samir Qurbanov saxlanılıb.

Samir Qurbanov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Ordubad rayon məhkəməsinin qərarı ilə Samir Qurbanovun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR