Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-ci il təvəllüdlü Bəxtiyar Eyvazov tanışı tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.