Bank Of Baku

Paytaxtda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Paytaxtda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 14 dekabr 2022 23:58 (UTC +04:00)

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Ford" markalı yük maşını ilə "Honda" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində "Honda" markalı maşının sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Nizami Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR