Sentyabrın 7-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki evlərin birindən 2300 manat və 10.000 dolların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən APA-ya verilən xəbərə görə, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.