Bank Of Baku

Polis Bakıda avtobus sürücüsünü döyən şəxsi axtarır - VİDEO - YENİLƏNİB

Polis Bakıda avtobus sürücüsünü döyən şəxsi axtarır - VİDEO  - YENİLƏNİB
# 13 oktyabr 2022 18:46 (UTC +04:00)

Polis Bakıda avtobus sürücüsünün döyülməsi ilə bağlı araşdırma aparır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sabunçu rayonunun Zabrat qəsəbə sakini Yaqub İbadov oktyabrın 12-də DİN-in “102” zəng mərkəzinə müraciət edərək sürücüsü olduğu avtobusda tanımadığı sərnişin tərəfindən döyülməsi barədə məlumat verib.

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşları araşdırma zamanı müəyyən ediblər ki, həmin gün saat 20 radələrində avtobus sürücüsü Yaqub İbadov tanımadığı bir nəfər tərəfindən döyülüb.

Əməli törətmiş şəxsin müəyyən olunması üçün polis hadisə yerinə baxış keçirib. Zərərçəkən şəxsə məhkəmə tibbi ekspertizası təyin olunub. Hazırda sürücüyə qarşı zor tətbiq edən şəxsin müəyyən edilərək tapılması istiqamətində tədbirlər görülür.

***

17.40

Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb.

APA xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Lentə alınmış kamera görüntülərində yaşlı sürücünün hələlik kimliyi müəyyən olunmayan şəxs tərəfindən döyüldüyü əks olunub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) APA-ya bildirilib ki, hadisə oktyabrın 12-də saat 20:14 radələrində “Kənan-2000” MMC-nin istismarında olan 204 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda baş verib.

Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90 VF 933 dövlət qeydiyyat nişanlı avtobus “Koroğlu” NMM-dən Qala-Ramana istiqamətində hərəkət edərkən 78 nömrəli məktəbin qarşısında 3 nəfər şəxs (2 oğlan, 1 xanım) dayanacaqdan kənar avtobusa minmək istəyib. Sürücü avtobusu dayanacaqdan kənar saxlamayaraq təyin olunmuş dayanacaqda dayanıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Onlardan 1-i sürücüyə fiziki güc tətbiq edərək xəsarət yetirib. Hadisə barəsində daşıyıcı tərəfindən polisə müraciət edilib və araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR