Bank Of Baku

Prokurorluq Tovuzda məktəbdə tüstüdən zəhərlənmə faktını araşdırır

Prokurorluq Tovuzda məktəbdə tüstüdən zəhərlənmə faktını araşdırır
# 19 dekabr 2024 15:23 (UTC +04:00)

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı prokurorluqda araşdırılır.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd olunub ki, xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR