Bank Of Baku

Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri saxlanılıb

Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri saxlanılıb
# 14 fevral 2023 10:01 (UTC +04:00)

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR