Bank Of Baku

Qanunsuz narkotik dövriyyəsi ilə bağlı 74 əcnəbi tutulub

Qanunsuz narkotik dövriyyəsi ilə bağlı 74 əcnəbi tutulub
# 20 oktyabr 2022 10:23 (UTC +04:00)

Narkotikin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6249 nəfər cəlb edilib ki, onlardanda 6079-u kişi, 170-i qadın olub.

Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 74 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 74 xarici ölkə vətəndaşından 36-sı İran İslam Respublikası, 8-i Gürcüstan, 10-u Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna , 1-i Maldiv və 13-ü Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 686,303 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR