Bank Of Baku

Qanunsuz ov edən şəxslərdən 3 tüfəng götürülüb

Qanunsuz ov edən şəxslərdən 3 tüfəng götürülüb
# 10 oktyabr 2022 12:25 (UTC +04:00)

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 9-da Padar qəsəbəsi ərazisində Bakı şəhər sakinləri O.Quliyev və R.Məmmədov qanunsuz ov etdikləri üçün saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlardan müvafiq sənədləri olan 2 ədəd “BA312” və “Huğlu” markalı ov tüfəngləri, 1 ədəd “Kral Puncher” markalı tir tüfəngi, 97 ədəd patron, 2 qutu tir patronları, 2 ədəd patrondaş, digər ov ləvazimatları və 8 ədəd ovlanmış çöl ördəyi aşkar olunaraq götürülüb.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR