Bank Of Baku

Qarabağ Regional Təhsil İdarəsi intihar xəbəri yayılan əməkdaşın ölümü barədə açıqlama verib

Qarabağ Regional Təhsil İdarəsi intihar xəbəri yayılan əməkdaşın ölümü barədə açıqlama verib
# 24 dekabr 2024 09:54 (UTC +04:00)

Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşı Həsənov Nəcəfin intihar etməsi xəbəri ilə bağlı açıqlama yayıb.

Qarabağ Regional Təhsil İdarəsindən APA-ya verilən açıqlamaya görə, Nəcəf Həsənov dekabrın 23-də yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edilib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

“Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək. İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib”, - məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR