Bank Of Baku

Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin keçmiş eksperti qəzada ölüb - FOTO

Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin keçmiş eksperti qəzada ölüb - FOTO
# 22 oktyabr 2022 07:00 (UTC +04:00)

Hacıqabulda baş verən qəzada sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.

Əmiraslanov Elşən Qəmbər oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq aşıb.

Sürücü hadisə yerində ölüb.

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin keçmiş eksperti vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR