Bank Of Baku

Qaradağda yaşayış kompleksində yanğın olub, tüstüdən zəhərlənənlər var - YENİLƏNİB

Qaradağda yaşayış kompleksində yanğın olub, tüstüdən zəhərlənənlər var - YENİLƏNİB
# 13 oktyabr 2022 17:30 (UTC +04:00)

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın hadisəsilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində zərərçəkən şəxslər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda Mərkəzdə onlara tibbi xidmət göstərilir. Vəziyyətləri kafidir.

***

17.18

Qaradağ rayonunda yanğın olub.

APA-nın əldə etdiyi xəbərə görə, "Qobu Park" yaşayış kompleksində çoxmərtəbəli binanın 8-ci mərtəbəsində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

Yanğın zamanı bir neçə nəfərin tüstüdən zəhərləndiyi bildirilir.

Faktı FHN-in mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR