Bank Of Baku

Qax sakini silahdan açılan atəşdən xəsarət alıb

Qax sakini silahdan açılan atəşdən xəsarət alıb
# 06 dekabr 2025 11:23 (UTC +04:00)

Qax rayon sakini silahdan açılmış atəşdən xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. R.Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR