Bank Of Baku

Qaxda yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Qaxda yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB  - VİDEO
# 06 oktyabr 2026 09:40 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaxda bir nəfərin öldüyü, dörd nəfərin xəsarət aldığı qəza barədə məlumat yayıb.

İdarədən APA-ya verilən məlumatda bildirilib ki, bu gün saat 02:45 radələrində Qax şəhəri ərazisində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel” markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

"İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması, eləcə də sürücülük hüququ olmadan avtomobil idarə edilməsi kimi kobud qayda pozuntularının ağır və faciəvi nəticələrə səbəb ola biləcəyini bir daha xatırladır. İdarə bir gəncin həyatına son qoyan bu faciədən düzgün nəticə çıxarmağa, sürücülük hüququ olmayan şəxslərə avtomobil verməməyə və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır".

***

09.13

Qaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 02 radələrində Qax rayonu ərazisində qeydə alınıb.

Kamran Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil əvvəlcə dirəyə, daha sonra divara çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 17 yaşlı sərnişin Elcan Muxtarov ölüb. Digər sərnişinlər – 16 yaşlı Ziyad Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR