Bank Of Baku

Qazandağ silsiləsində dərəyə düşən şəxs xilas edilib - VİDEO

Qazandağ silsiləsində dərəyə düşən şəxs xilas edilib - VİDEO
# 13 fevral 2023 11:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri istiqamətində - Qazandağ silsiləsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Qazandağ silsiləsində dərinliyi təxminən 30 metr olan dərəyə sürüşüb düşən bir nəfər vətəndaş köməksiz halda həyati təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla vətəndaş dərədən çıxarılaraq xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR