Qazaxda qadın özünə xəsarət yetirib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. 1985-ci il təvəllüdlü Ləman Musazadə qolunun kəsilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun kəsici alətlə özünə xəsarət yetirdiyi bildirilir.
Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.