Bank Of Baku

Qazaxda 41 yaşlı kişi bıçaqlanıb

Qazaxda 41 yaşlı kişi bıçaqlanıb
# 15 iyul 2024 09:08 (UTC +04:00)

Qazaxda 41 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə N.Nərimanov küçəsi 1 ünvanda yerləşən “Qazax Mal Bazarı" adlanan heyvan bazarında baş verib.

1982-ci il təvəllüdlü Qədiməliyev Namaz Razim oğlu şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən bıçaqla 1981-ci il təvəllüdlü Nəbiyev Adil Nəbi oğlunu vurub və sonuncunun sağlamlığına ağır zərər yetirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qədiməliyev Namaz Razim oğlu Ağstafa rayonu Vurğun qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR