Bank Of Baku

Qazaxda narkotik yetişdirən şəxs saxlanılıb

Qazaxda narkotik yetişdirən şəxs saxlanılıb
# 30 iyul 2024 09:35 (UTC +04:00)

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, rayon sakini Elviz Salmanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, E. Salmanovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş, ümumi çəkisi 6 kq 800 qram olan narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Bundan başqa E. Salmanovun yaşadığı evdən qurudulmuş marixuana, həşiş də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR