Bank Of Baku

Qazaxda traktor aşıb, ölən var

Qazaxda traktor aşıb, ölən var
# 20 dekabr 2024 18:25 (UTC +04:00)

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Hərəkətdə olan traktor idarəetmədən çıxaraq aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Qəza nəticəsində ölən şəxs traktorun sürücüsü 2007-ci il təvəllüdlü Məcid İsgəndərovdur.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR