Bank Of Baku

Qəbələdə narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutulub - FOTO

Qəbələdə narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutulub  - FOTO
# 29 iyul 2024 09:05 (UTC +04:00)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qamunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş İlqar Nəsirov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 20 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Məhkəmənin qərarı ilə İ.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR