Noyabrın 11-i saat 09 radələrində Qəbələ rayonunun Nohurqışlar kəndi ərazisində “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
APA xəbər verir ki, nəticədə “VAZ”-ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, “Mercedes”-in sürücüsü, 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
10.31
Qəbələdə avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisindən keçən magistral yolda baş verib.
İlkin məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.