Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
APA xəbər verir ki, hadisə İqriq kəndində baş verib.
Belə ki, 1956-cı il təvəllüdlü Dövlət Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılıb.
O xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.