Bank Of Baku

Qubada avtobus yük maşını ilə toqquşub, ölən var - FOTO - VİDEO

Qubada avtobus yük maşını ilə toqquşub, ölən var - FOTO  - VİDEO
# 05 dekabr 2025 13:33 (UTC +04:00)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, dekabrın 5-də saat 10:30 radələrində Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun Qubada baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1998-cı il təvəllüdlü şəxsə həyatla uzlaşmayan müştərək travma, baş beyinin qapalı ağır dərəcəli əziyi, aqonal vəziyyət diaqnozu təyin olunub. Göstərilən bütün zəruri reanimasiya tədbirlərinə baxmayaraq, saat 10:50 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinıə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR