Bank Of Baku

Qubada doğuş zamanı ana və körpə ölüb - YENİLƏNİB - VİDEO

Qubada doğuş zamanı ana və körpə ölüb  - YENİLƏNİB  - VİDEO
# 17 oktyabr 2022 11:50 (UTC +04:00)

Quba Rayon Mərkəzi Xəstəxanası ana və uşaq ölümü ilə bağlı açıqlama verib.

Xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 17.10.2022-ci il tarixində saat 01:30-da təcili tibbi yardım avtomobili ilə 1981-ci il təvəllüdlü 34-35 həftəlik hamilə olan Q.P. Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzinə yerləşdirilib. Pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub.

Mərkəzin Qəbul bölməsinə yerləşdirilən xəstəyə həkim heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. İlkin müdaxilə zamanı pasiyentdə hemorragik şok, uşaqlığın çapığının cırılması və onun bətnində ölü döl olduğu məlum olub.

Pasiyentə göstərilən bütün tibbi xidmətlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

09:55

Quba rayonunda ana və körpə ölümü olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonundan Quba Perinatal Mərkəzinə gətirilən Xaçmaz sakini 1981-ci il təvəllüdlü Pərzad Qasımova dünyasını dəyişib.

Mərkəzdən APA-ya verilən məlumata görə, hamilə qadın ağır vəziyyətdə mərkəzə çatdırılıb. Göstərilən tibbi yardıma baxmayaraq ana və körpənin həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR