Bank Of Baku

Qubada üç maşın toqquşub, iki nəfər ölüb - VİDEO - YENİLƏNİB

Qubada üç maşın toqquşub, iki nəfər ölüb - VİDEO  - YENİLƏNİB
# 10 sentyabr 2023 23:15 (UTC +04:00)

Sentyabrın 10-u axşam saatlarında Quba rayonunun Alekseyevka kəndi ərazisində “Mersedes”, “Vaz-2107” və “Niva” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Saat 21:55

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Alakseyevka kəndi ərazisində qeydə alınıb.

Qəzada üç maşın toqquşub, hadisədən sonra avtomobillərdən biri alışıb.

İlkin məlumata görə, iki nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR