Bank Of Baku

Qubada yol qəzası olub, xəsarət alanlar var

Qubada yol qəzası olub, xəsarət alanlar var
# 29 yanvar 2026 15:47 (UTC +04:00)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun İqrıq kəndi yaxınlığından keçən hissəsinə avtoqəza baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, “Kia” markalı nəqliyyat vasitəsi yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Quba Rayon Mərkəzi Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1 kişi, 1 qadın) 29.01.2026-cı il tarixində saat 13:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri Travmatologiya şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir", məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR