Qurban Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov və digərləri barəsində həbs qərarı verilib

Qurban Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov və digərləri barəsində həbs qərarı verilib
# 03 iyun 2025 11:38 (UTC +04:00)

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan AğayevQurban Məmmədov barəsində təqdimatlara baxılıb.

APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun təqidmatlarına Binəqədi rayon Məhkəməsində baxılıb, məhkəmə təqdimatları təmin edib. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.

Qeyd edək ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində də məhkəmə tərəfinfən həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR