Bank Of Baku

Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
# 26 iyul 2024 12:50 (UTC +04:00)

Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

İyulun 23-də Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun meyiti batdığı yerdən 70 km məsafədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR