Qusar rayonunun Üzdənoba kəndində dəm qazından zəhərlənmə baş verib.
APA-nın şimal bürosu xəbər verir ki, bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərlənib.
Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova və iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlara müvafiq tibbi yardım göstərilib, evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qusar Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, dekabrın 15-də saat 04:00 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 4 nəfər (2 kişi, 2 qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.