Qusar rayonunun Gican kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli tikilinin (ofis kimi istifadə olunur) tavanı 60 m² sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.