Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Əlisoltanlı kəndində qeydə alınıb. Yolu keçən kənd sakini, 1964-cü il təvəllüdlü Əzizov Səxavət Abasət oğlunu avtomobil vuraraq öldürüb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu gün səhər saatlarında Saatlı rayon sakini, 1964-cü il təvəllüdlü Savalan Feyzullayev idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1964-cü il təvəllüdlü Səxavət Əzizovu vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.