Sabirabadda yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində qeydə alınıb. “Toyota” və “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər - Bakı sakinləri, 2019-cu il təvəllüdlü Mirzəyeva Sevinc Bəhruz qızı, 1987-ci il təvəllüdlü Mirzəyeva Sevil Qalib qızı, 1978-ci il təvəllüdlü Şirinov Emil Zahid oğlu, 1978-ci il təvəllüdlü Mirzəyev Barat Abbas oglu, 1953-cü il təvəllüdlü Əhmədova Svetlana Allahyar qizi və 1981-ci il təvəllüdlü Mirzəyev Bəhruz Abbas oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Sabirabad xəstəxanasına çatdırılıb.
Onlardan iki nəfər reanimasiyaya yerləşdirilib. Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.