Bank Of Baku

Sabunçuda 18 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Sabunçuda 18 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 11 noyabr 2024 09:47 (UTC +04:00)

Bakıda 18 yaşlı oğlana xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA xəbər verir ki, noyabrın 10-da saat 22 radələrində paytaxtın Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində 2006-cı il təvəllüdlü A.İsgəndərliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü T.Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

***

05:32

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Xəstəxanayanı küçəsində baş verib.

Belə ki, 2006-ci il təvəllüdlü Azər İsgəndərli yaşadığı evin qarşısında dava zamanı tanışı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR