Bank Of Baku

Sabunçuda parkda bıçaqlanma olub

Sabunçuda parkda bıçaqlanma olub
# 02 iyun 2023 10:19 (UTC +04:00)

Mayın 31-də Sabunçu qəsəbə sakini Yusif Novruzovun xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 21 radələrində qəsəbə ərazisində yerləşən parkda Qəbələ rayon sakini Əli Rəsulovun münaqişə zəminində Y.Novruzova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR