Şahbuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün rayonun Qaraba kəndində qeydə alınıb. Belə ki, şəxsi münasibətlər zəminində baş verən hadisə zamanı Şahbuz rayon Qaraba kənd sakini, 1984-cü il təvəllüdlü Bağırov Pərviz Musa oğlu bıçaqlanıb. O, təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Onun 1992-ci il təvəllüdlü həmkəndlisi Məhərrəmov İlkin Elçin oğlu tərəfindən bıçaqlandığı bildirilir.
İlkin araşdırmaya görə, hadisə iki şəxs arasında olan pul məsələsinə görə baş verir.
Araşdırma davam etdirilir.