Bank Of Baku

Sahibkarlara qarşı 3 milyon manatlıq dələduzluqda ittiham edilən şəxslərə hökm oxunub

Sahibkarlara qarşı 3 milyon manatlıq dələduzluqda ittiham edilən şəxslərə hökm oxunub
# 04 avqust 2026 12:39 (UTC +04:00)

Kənd təsərrüfatı məhsullarını Rusiyaya aparmaq adı ilə vətəndaşları aldadaraq pulunu ələ keçirməkdə ittiham olunan Elnur Haxtari, Kamal Həsənov və Ələkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Elnur Haxtari 8 il 8 ay, Kamal Həsənov 11 il, Ələkbər Quliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Ələkbər Quliyevin cəzası şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Cinayət işi üzrə üç nəfər zərərçəkmiş qismində tanınıb. Onların hər üçü iş adamıdır. Onlara vurulan ümumi ziyanın 3 milyon manat olduğu bildirilib.

Təqsirləndirlilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq) 178.3.2 (külli miqdarda dələduzluq) 213.1 (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR