Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ 3 bala qədər hiss edilib.
3 maqnitudalı yeraltı təkan yerli vaxtla 11:54-də, 8 km dərinlikdə qeydə alınıb.