Bank Of Baku

Salyanda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq ölüb - YENİLƏNİB

Salyanda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq ölüb - YENİLƏNİB
# 12 fevral 2026 17:33 (UTC +04:00)

Bu gün saat 01:20 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanası məlumat verib.

Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib:

"Pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar".

Bildirilib ki, vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü (kişi) azyaşlı 12.02.2026-cı il tarixində 15:00 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.

"Hazırda digər 3 nəfərin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", məlumatda vurğulanıb.

Gülcahan İmanqızı

***

15.53

Salyan rayonunun Çadırlı kəndində 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.

Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.

İlkin məlumata görə, ailənin zəhərlənməsinə konservləşdirilmiş tərəvəz məhsulu səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisə nəzarətdədir: “Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR