Bu gün saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədə yeni doğulmuş qız uşağı tapılıb.
APA xəbər verir ki, körpə polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Körpənin valideynlərinin müəyyən olunması istiqamətində araşdırmalara başlanılıb.