Samuxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Hüseynli Rövşən yolu qarşı tərəfə keçmək istəyən zaman onu maşın vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.