Bank Of Baku

Şəkidə ana və 7 yaşlı qızını maşın vurub - VİDEO

Şəkidə ana və 7 yaşlı qızını maşın vurub - VİDEO
# 01 noyabr 2022 14:43 (UTC +04:00)

Şəkidə ana və azyaşlı övladını avtomobil vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib. Rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə şəhər sakinləri - 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə baş verən zaman N. Rəhimova övladını məktəbə aparırmış.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR