Şəkidə bir həftə əvvəl atdan yıxılan 45 yaşlı kişi xəstəxanada ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxananasında (RMX) müalicə alan rayonun Daşüz kənd sakini 45 yaşlı Müşfiq Şaban oğlu Şabanov aldığı xəsarətlərdən orada ölüb. M. Şabanov sentyabr ayının 2-i atdan yıxılaraq qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilmişdi.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.