Bank Of Baku

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
# 11 iyul 2024 17:12 (UTC +04:00)

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 16 radələrində Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Şəki şəhər sakini Vüsal Elman oğlu İlyasov, 1991-ci il təvəllüdlü Bakı şəhər Zabrat sakini Aygün Vidadi qızı Əsgərova və 1994-cü il təvəllüdlü Bakı şəhəri Maştağa sakini Fərəh Elşad qızı Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR