Bank Of Baku

Şəkidə minik avtomobili aşıb, xəsarət alan var

Şəkidə minik avtomobili aşıb, xəsarət alan var
# 11 iyul 2024 16:09 (UTC +04:00)

Şəkidə minik avtomobili aşıb, Bakı sakini xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Oraban kəndi ərazisindən keçən hissəsində baş verib. 1999-cu il təvəllüdlü Bakı şəhər sakini Teymur Əliyevin idarə etdiyi “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Günay Baxşəliyeva xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR