Bank Of Baku

Şəkidə “Range Rover” yanıb - FOTO

Şəkidə “Range Rover” yanıb - FOTO
# 06 sentyabr 2023 17:09 (UTC +04:00)

Şəkidə “Range Rover” yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 16:30-da Şəki şəhəri, M. F. Axundov prospektində baş verib. 2000-ci il təvəllüdlü Elvin Bayraməli oğlu Qədirlinin idarə etdiyi “Range Rover” markalı 99 HB 090 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR