Bank Of Baku

Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb - FOTO - YENİLƏNİB

Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb - FOTO  - YENİLƏNİB
# 21 noyabr 2024 10:18 (UTC +04:00)

Şəkidə ötən gün yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

APA-nın xəbərinə görə, noyabrın 20-də saat 14 radələrində Şəki rayonunun Qudula kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 1985-ci il təvəllüdlü Zamir İsmayılov xəsarətlər alaraq xəstəxanaya yerləçdirilib. O, xəstəxanada dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

20 noyabr, 15.46

Şəkidə yol qəzası olub.

APA-nın xəbərinə görə, bu gün saat 14 radələrində rayonun Qudula kəndində Təbriz Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə maşında olan sərnişin rayon sakini 1985-ci il təvəllüdlü İsmayılov Zamil Səməd oğlu xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR