Bank Of Baku

Sel körpünü uçurub, Qubanın 6 kəndi ilə əlaqə kəsilib - YENİLƏNİB

Sel körpünü uçurub, Qubanın 6 kəndi ilə əlaqə kəsilib - YENİLƏNİB
# 29 iyul 2024 11:49 (UTC +04:00)

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları nəticəsində Quba-Xınalıq yolunda uçan körpü ilə bağlı tədbir görülür.

APA-Economics” xəbər verir ki, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilərlər.

Emil İsmayılov

***

09.35

Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlikçayın üzərindəki körpü uçub.

APA-nın Şimal bürosu xəbər verir ki, nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
Körpünün uçmasına səbəb kimi güclü leysan yağışlarının gətirdiyi sel göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR