Bank Of Baku

Şəmkir sakini bıçaqlanıb, əmisi tutulub

Şəmkir sakini bıçaqlanıb, əmisi tutulub
# 28 iyul 2025 11:18 (UTC +04:00)

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində, qardaşı oğlu 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyat zamanı hadisəni törədməkdə şübhəli bilinən Fidayıl Mirzəməmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 27-də saat 04:35 radələrində xəsarət alan 1985-ci il təvəllüdlü şəxs (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Sağ əlinin IIl barmağının və ovuc səthinin, sol bazunun aşağı 1/3-nin kəsilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR