Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Şəmkir Gədəbəy avtomobil yolunun rayonun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1999-cu il təvəllüdlü Fəxri Adilzadə, 2001-ci il təvəllüdlü Günel Əliyeva və 1970-ci il təvəllüdlü Xanım Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.